Ançelotti

Ançelotti "Tottenhem"i çalışdıra bilər

"Tottenhem" "Napoli"nin baş məşqçisi Karlo Ançelottinin namizədliyini nəzərdən keçirir.

"Daily Mail"in xəbərinə görə, Ançelotti istefası gündəmdə olan Maurisio Poçettinonu əvəzləməyə ən real namizəddi. Argentinalı çalışdırıcının istefasının yaxın günlərdə açıqlanacağı gözlənilir.

Hazırda Karlo Ançelottinin "Napoli"nin prezidenti Aurelio De Laurentislə münasibətləri qaydasında deyil.

Qeyd edək ki, 12 turdan sonra "Tottenhem" Premyer Liqada 14-cü sırada qərarlaşıb.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR