Anri istefa verdi

Anri istefa verdi

Fransa millisinin sabiq futbolçusu Tyerri Anri baş məşqçisi olduğu "Monreal İmpakt” klubundan ayrılıb.

Sport7.az xəbər verir ki, mütəxəssis ailə vəziyyəti ilə bağlı istefa verməli olub. 43 yaşlı veteran hücumçu bu səbəbdən də Kanada təmsilçisini tərk edib. Əsas məqamlardan biri onunla bağlıdır ki, koronavirusla bağlı məhdudiyyətlər üzündən Anri uzun müddət uşaqlarını görə bilməyib.

Anri 2019-cu ilin noyabrında Monreal təmsilçisinin baş məşqçisi təyin olunub. Komanda 2016-cı ildən sonra MLS-in pley-offuna onun rəhbərliyi altında çıxıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR