Ansi Aqollidən inanılmaz qol - VİDEO

Ansi Aqollidən inanılmaz qol - VİDEO

"Qarabağ"ın sabiq futbolçusu Ansi Aqolli "NISA Independent Cup" turnirində baxımlı qola imza atıb.
 
Sport7.az xəbər verir ki, "Nyu-York Kosmos"da forma geyən albaniyalı müdafiəçisi 4 komanda arasında keçirilən mini-turnirdə "Nyu Amsterdam"la oyunun ilk hissəsində cərimə zərbəsindən topu birbaşa qapıya göndərib.

Qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb. "Nyu-York Kosmos" növbəti görüşünü "Miçiqan Stars"a qarşı keçirəcək.

2012 - 2019-cu illərdə "Qarabağ"da çıxış etmiş Ansi Aqolli ötən mövsüm ABŞ klubu ilə səviyyəcə dördüncü sayılan Milli Premyer Liqada (NPSL) çempion olub. 38 yaşlı müdafiəçi iyunda komandası ilə başa çatan müqaviləsinin müddətini 1 il uzadıb. 
 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR