Antalyada 11 medal

Antalyada 11 medal

Antalyada yeniyetmə güləşçilər arasında keçirilən "Victory Cup” turnirinə yekun vurulub.

Sport7.Az Azərbaycan Güləş Federasiyasına istinadla xəbər verir ki, sonuncu yarış günündə 6 idmançımız fəxri kürsüyə qalxıb. Sərbəst güləşçilərin mübarizəsində Fərhad Kərimli (60 kq) çempion olub. Mamed Əhmədov (60 kq) və Kənan Heybətov (51 kq) yarışı üçüncü pillədə başa vurublar. Qızların turnirində Elnurə Məmmədova (53 kq) və Mərziyə Sadıqova (61 kq) gümüş medal qazanıblar. Yunan-Roma güləşçilərinin yarışında isə Elmir Əliyev (51 kq) fəxri kürsünün ikinci pilləsinə yüksəlib.

Beləliklə, Azərbaycan millisi yarışda 2 qızıl, 5 gümüş və 4 bürünc medal qazanıb. Beynəlxalq dərəcəli hakim Zaur Şərifov "Victory Cup”da ədaləti qoruyub.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR