APOEL-in baş məşqçisi reqlamenti pozub?

APOEL-in baş məşqçisi reqlamenti pozub?

Dünən axşam keçirilən "Qarabağ” – APOEL qarşılaşmasında bir məqam çoxlarının təəccübünə səbəb oldu.

Sport7.az xəbər verir ki, Cənubi Kipr klubu "Qarabağ”la cavab oyunu ərəfəsində baş məşqçi dəyişikliyinə məruz qalmışdı.

İtalyan baş məşqçi Paolo Trametsani "Qarabağ”la məğlubiyyətə görə istefaya göndərilmişdi. Onu bu postda almaniyalı Tomas Doll əvəzləmişdi. Göründüyü kimi, baş məşqçi dəyişikliyi "Qarabağ”ın rəqibi üçün düşərli oldu. Almaniyalı çalışdırıcı APOEL-ə qələbə qazandırdı.

Maraqlı məqam o idi ki, çoxları Dollun adının UEFA-ya təqdim olunan iştirak ərizəsində yazılmadığını, almaniyalı mütəxəssisin Respublika stadionundakı görüş zamanı texniki zonada yer almayacağını düşünürdü.

Amma Doll ilk dəqiqələrdən texniki zonada yer aldı və çılğın davranışlarıyla diqqətləri üzərinə çəkdi. Bəzi epizodlarda alman çalışdırıcı az qalırdı ki, meydançaya daxil olsun, yetirmələrindən ötürmə gözləsin.

Bəs bu necə mümkün olub? Alman çalışdırıcının adı iştirak ərizəsinə sonradan necə daxil edilib? Bu istiqamətdə araşdırmalarımızın nəticəsində müəyyənləşdirdik ki, Dollun texniki zonada olmasında qanunsuz heç nə yoxdu. UEFA bu cür səviyyəli görüşlərdən öncə iştirak ərizəsində baş məşqçi və onun köməkçilərinin, eləcə də qapıçıların adında dəyişiklik etməyə icazə verir.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR