"Araz" Belçikadadı

UEFA Çempionlar Liqasında ölkəmizi təmsil edəcək "Araz” klubu qrup oyunlarının keçiriləcəyi Belçikaya yollanıb.
 
Sport7.az xəbər verir ki, Bakı-İstanbul-Brüssel reysi ilə Belçikanın paytaxtına çatan son çempion Halle şəhərinə qədər avtobusla təxminən 1 saatlıq yol qət edib. "Horizon” hotelində məskunlaşan təmsilçimiz bu gün oyunöncəsi məşqini yerli vaxtla saat 20:00-da (Bakı vaxtı ilə 22:00) start götürəcək. Qeyd edək ki, "Araz” ilk oyununu sabah təşkilatçı ölkənin çempionuna qarşı keçirəcək.
 
"De Bres Arena”da "Halle Gooik”lə matç saat 22:30-da başlayacaq.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR