"Araz" UEFA kubokuna məğlubiyyətlə başladı

Bu gün futzal üzrə UEFA kubokunun elit-raunduna start verilib. Apasport.az saytının məlumatına görə, Avropanın 16 ən güclü klubu "Dördlər finalı”na vəsiqə uğrunda mübarizədə son səddi adlamağa çalışacaq. 
Çexiyada təşkil olunan turnirdə təmsilçimiz "Araz”ın ilk rəqibi Slovakiyanın "Slov-Marik” klubu olub. Komandamız start matçında məğlub olub. 7 qolun vurulduğu görüşdə "Araz” 3:4 hesabı ilə uduzub. 

Qeyd edək ki, yalnız qrup qaliblərinin mərhələ adlayacağı mərhələdə iştirakçılar 4 "dördlüy”ə bölünüb. Azərbaycan çempionu "Araz” B qrupunda çıxış edir. Qrupun açılış oyunundan sonra isə meydana yerli "Xrudim”lə Rusiya "Dina”sı çıxacaq. 

UEFA kubokuElit-raundI tur, B qrupu 

"ARAZ” (AZƏRBAYCAN) – "SLOV-MATİK” (SLOVAKİYA) - 3:4

Qollar: Fineo, 22, Fərzəliyev, 23, Eduardo, 40 - Seydler,12, Drahovski, 35, Brunovski, 37 
Pardubitse. CEZ Arena

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR