"Araz"ı "ayırdılar", qol ilə "doyurdular" (FOTOLAR)

UEFA Çempionlar Liqasının əsas mərhələsində "Araz” bu gün növbəti oyununu keçirib.
 
Sport7.az xəbər verir ki, təmsilçimiz qrupun aşkar favoriti hesab edilən "Benfika” ilə qarşılaşıb. Görüş "Benfika"nın 7:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolların 3-ü ilk, qalan 4-ü isə ikinci hissədə "Araz"ın qapısından keçib. Bir dəfə isə təmsilçimizdən Nihad İsmayılov avtoqolla yadda qalıb.
 
"Araz”: 12. Rövşən Hüseynli (q), 5. Murilo Borges Souza, 7. Ramiz Çovdarov, 11. Xətai Bağırov, 17. İsa Atayev, 19. Vladislav Reznov (q), 8. Rizvan Fərzəliyev (k), 10. Nihad İsmayılov
Baş məşqçi: Joze Alesio Da Silva

"Benfika”: 15. Dieqo Roncagilo (q), 2. Chaguinha, 4. Andre Coelho, 10. Robinho, 18. Fernandinho, 12. Andre Sousa (q), 3. Jesus, 5. Fabio Cecilio, 6. Tiago Brito, 7. Bruno Coelho (k), 8. Rafael Henmi, 17. Fernando, 19. Fits
Baş məşqçi: Joel Rocha
 
Çempionlar Liqası, əsas mərhələ

"Araz" - "Benfika" (0:3) 0:7
(A. Coelho, 01:57, N. İsmayılov, 05:39 (ö/q), Fits, 07:33, 35:20, Chaguinha, 31:13, 31:49, Tiago Brito, 34:20)
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR