Arda Turan

Arda Turan "Qalatasaray"da - Rəsmiləşir...

Arda Turanın "Qalatasaray"a keçidi rəsmiləşir.

Sport7.az xəbər verir ki, bu barədə Türkiyənin "Sabah" qəzeti məlumat yayıb.

İddia olunur ki, baş məşqçi Fatih Terimin israrından sonra rəhbərlik geri çəkilməli olub və futbolçu ilə danışıqlara başlayıb. Artıq tərəflər razılıq əldə edib. Qəzet yazır ki, Ardanın transferi bu gün və ya sabah rəsmən açıqlanacaq. Həmçinin bildirilir ki, futbolçu yetirməsi olduğu klubda pulsuz oynamağa hazır olduğunu rəhbərliyə bildirib.

Qeyd edək ki, Arda müqavilə ilə "Barselona"ya məxsus olsa da, icarə əsasında "Başakşəhər"də çıxış edirdi. O, bir neçə gün əvvəl Super Liqa klubu ilə yollarını ayırıb.

Sport7.az 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR