Argentina millisinin sabiq qapıçısını həbs gözləyir - Adam öldürdüyünə görə

Argentina millisinin sabiq qapıçısını həbs gözləyir - Adam öldürdüyünə görə

Argentina millisinin keçmiş qapıçısı Pablo Kavalyeronu həbsxana cəzası gözləyir.

Sport7.az xəbər verir ki, sabiq qolkiper avtomobili ilə adam vurub. Nəticədə 56 yaşlı Xuan Riveroi yerindəcə keçinib. Hüquq-mühafizə orqanları hadisənin səbəblərini müəyyənləşdirmək üçün müvafiq ekspertizalar aparırlar. 47 yaşlı keçmiş qapıçıya qarşı cinayət işi qaldırılıb.

Kavalyero 1996 - 2006-cı illərdə Argentina yığmasında 26 oyun keçirib. O, Argentinanın "Veles Sarsfild" və "Union" (Santa-Fe), İspaniyanın "Espanyol", "Selta" və "Levante", həmçinin Uruqvayın "Penyarol" komandalarının formasını geyinib. Kavalyero millinin heyətində 2004-cü il Amerika Kubokunun gümüş medalını qazanıb. Hazırda o, "Veles Sarsfild"in idman direktorudur.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR