Arif Əsədov:

Arif Əsədov: "Bəzi oyunçular öz mövqeyində oynamırdı"

"İki fərqli hissə izlədik. Komanda ilk hissədə tapşırıqları yerinə yetirdi, istədiyimiz qolu vurdu. İkinci hissədə isə tapşırıqlar yerinə yetirilmədi. Səbəblər var. Heyətdə problemlər mövcuddur. Bəzi oyunçular öz mövqeyində oynamırdı ki, bu da məcburiyyətdən atılan addım idi. Çatışmazlıqlar nəticəyə təsir etdi".

Sport7.Az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, bu sözləri "Neftçi"nin baş məşqçisi Arif Əsədov Azərbaycan Premyer Liqasının 17-ci turunda "İnter"ə 1:2 hesabı ilə uduzduqları matçdan sonra deyib.

"Məğlub olsaq da, irəliyə baxırıq. Ola bilər ki, komanda ikinci hissəyə arxayın çıxmışdı” - deyə o bildirib.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR