Arif Əsədov

Arif Əsədov "Neftçi"də nələr edəcək? - MÜSAHİBƏ


"Neftçi"nin baş məşqçisi Arif Əsədovla müsahibə

- "Neftçi”yə təyinatınız necə rəsmiləşdi?

- Dünən klubun prezidenti Sadıq Sadıqovla aramızda telefon danışığı oldu. O bildirdi ki, artıq Böyükağa Hacıyevlə yollarını ayrıblar. Komandada məni görmək istədiyini söylədi. Mən də öz növbəmdə razılığımı bildirdim. Bu gün klubun bazasında görüşdük. Rəsmən baş məşqçi olmağım təsdiq olundu, klub üzvlərinə təqdim edildim. Hazırda da klubun bazasındayam.

- Adətən "Neftçi”də centlmen sayağı razılaşmalar olur. Sizinlə rəsmi qaydada müqavilə imzalandımı?

- Bu detalları hələ dəqiqləşdiməmişik. Buna görə də hələ ki, klubun bazasındayam. Yəqin ki, bu kimi detallar yaxın günlərdə tam rəsmi qaydada həl ediləcək.

- Transfer dönəmi başa çatdı. Komanda təlim-məşq toplanışını da rəhbərliyiniz altında keçməyib.Özünüz yığmadığınız və hazırlamadığınız komanda ilə çempionluq uğrunda mübarizəni nə qədər real görürsünüz?

- Bütün bu sualların hamısına yaxın günlərdə tam aydınlıq gələcək. Hələ indi oyunçularla görüşmüşəm. Bundan sonra məşqlər keçəcəyik. Daha sonra hansı addımların atılacağı, kimlərin gedəcəyi, kimlərin qalacağı və sairə kimi məsələlər haqqında mətbuat nümayəndələrinə geniş açıqlama verəcəyik.

- Tərlan Əhmədov "Neftçi"nin "sükanı arxası"nda olduğu vaxt Böyükağa Hacıyevin  onun işinə müdaxilə edir, dolayısı ilə ona quyu qazır. Eyni aqibəti yaşamamaq üçün hansı addımları atacaqsınız?

- Gərək hər bir işlə daha yaxından tanış olum. İndiki dönəmdə bu kimi suallara cavab verməyim düşünürəm ki, düzgün deyil.

Sport7.Az
Mənbə: Fanat.Az



OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR