"Arsenal" 1 nəfər üçün 3 futbolçunu satmaq istəyir

"Arsenal" "Atletiko"nun yarımmüdafiəçisi Tomas Partinin transferinin reallaşması üçün hərəkətə gəlib.

Sport7.az xəbər verir ki, London klubunun rəhbərliyi, hətta buna görə 3 futbolçusunu satmağa razıdı. Baş məşqçi Mikel Arteta transferə maliyyə ayırmaq məqsədilə mövsümün sonunda Aleksandr Lyakazett, Lukas Torreyra və Metteo Qenduzi ilə bağlı təklifləri dəyərləndirməyə hazırdır.

"Atletiko"nun yetirməsi olan Tomas Parti 2015-ci ildən əsas komandada çıxış edir. O, müxtəlif illərdə "Malyorka" və "Almeriya"da icarə əsasında oynayıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR