"Arsenal" Aubameyanqı buraxmaq istəmir

"Arsenal" Pyer-Emerik Aubameyanqı buraxmaq istəmir.
 
Sport7.az xəbər verir ki, klub rəhbərliyi qabonlu futbolçunu saxlamaq üçün demək olar bütün variantlardan istifadə edir.
 
Aubameyanqın "Arsenal"la 2021-ci ilə qədər müqaviləsi var. Ancaq onu "Real" və "Barselona" da daxil olmaqla bir çox nəhəng klublar transfer etmək istəyir.
 
İyunda 31 yaşı tamam olacaq qabonlu daha əvvəl Çempionlar Liqasında oynamaq istədiyini bildirmişdi. "Arsenal"da isə bu arzu əlçatmaz görünür.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR