"Arsenal" Emerini Luis Enrike ilə əvəzləmək istəyir

İspaniya millisinin sabiq baş məşqçisi Luis Enrike "Arsenal"ın maraq dairəsindədi.

"El Confidencial"ın jurnalisti Kike Marinin xəbərinə görə, "Arsenal"ın idman direktoru Raul Sanlyei Enrikenin namizədliyini nəzərdən keçirir.

49 yaşlı mütəxəssis ailəvi səbəblərdən iyun ayında İspaniya yığmasının baş məşqçi postundan istefa vermişdi.

Qeyd edək ki, "Arsenal" 5 oyundu qələbə üzünə həsrətdi. London klubu 12 turdan sonra Premyer Liqada 6-cı sırada qərarlaşıb.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR