"Arsenal" və "Çelsi" 1/4 finalda, "İnter" mübarizəni dayandırdı

Avropa Liqasında 1/8 final mərhələsinə yekun vurulub.

"Çelsi" Kiyevdə "Dinamo"nun qonağı olub. "Stemford Bric"də 3 qol vuran "zadəganlar" bu səfər rəqib qapısına 5 dəfə yol tapıblar. Beləliklə, iki oyunun ümumi nəticəsinə görə, "Dinamo"nu 8:0 üstələyən "Çelsi" mərhələ adlayıb.
 
Londonun digər təmsilçisi "Arsenal" da adını son 8 komanda sırasına yazdıra bilib. "Topçular" ilk görüşdə 1:3 hesabı ilə məğlub olduqları "Renn"dən revanşı ala biliblər - 3:0.
 
Luka Yoviçin qoluna mane ola bilməyən "İnter" mübarizəni dayandırıb. Beləliklə, "Ayntraxt" 1/4 finala yüksəlib. İtaliyanın digər təmsilçisi "Napoli" isə səfərdə "Zaltsburq"a 1:3 hesabı ilə uduzsa da, ilk oyundakı nəticə hesabına mərhələ adlayıb.


Avropa Liqası

1/8 final (cavab görüşləri)

"Dinamo" (Kiyev, Ukrayna) - "Çelsi" (İngiltərə) - 0:5
 
Qollar: Jiru (5, 33, 59), Alonso (45+1), Hadson-Odoi (78)

İlk görüş - 0:3


"Zaltsburq" (Avstriya) - "Napoli" (İtaliya) - 3:1
 
Qollar: Dabbur (25), Qulbrandsen (65), Laytqeb (90+2) - Milik (14)

İlk görüş - 0:3


"Krasnodar" (Rusiya) - "Valensiya" (İspaniya) - 1:1
 
Qollar: Suleymanov (85) - Qedeş (90+3)

İlk görüş - 1:2


"Arsenal" (İngiltərə) - "Renn" (Fransa) - 3:0
 
Qollar: Obameyanq (5, 72), Meytlend Nayls (15)

İlk görüş - 1:3


"Benfika" (Portuqaliya) - "Dinamo" (Zaqreb, Xorvatiya) - 3:0 (əlavə vaxt)
 
Qol: Jonas (71), Ferro (94), Qrimaldo (105)

İlk görüş - 0:1


"Vilyarreal" (İspaniya) - "Zenit" (Rusiya) - 2:1
 
Qollar: Moreno (29), Bakka (47) - İvanoviç (90+1)

İlk görüş - 3:1


"İnter" (İtaliya) - "Ayntraxt" (Frankfurt, Almaniya) - 0:1
 
Qol: Yoviç (6)

İlk görüş - 0:0


"Slaviya" (Çexiya) - "Sevilya" (İspaniya) - 4:3 (əlavə vaxt)
 
Qollar: Nqadö-Nqadjui (15), Souçek (47-pen.), Van Büren (102), Traore (119) - Ben Yedder (44-pen.), El Haddadi (54), Vaskes (98)

İlk görüş - 2:2


Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR