“Arsenal”ın baş məşqçisindən ŞAD XƏBƏR

“Arsenal”ın baş məşqçisindən ŞAD XƏBƏR

Koronavirusa yoluxan "Arsenal”ın baş məşqçisi Mikel Arteta hər kəsi sevindirib.

Sport7.az xəbər verir ki, ispaniyalı çalışdırıcı dəhşətli virusa qalib gəlməyi bacarıb.

37 yaşlı mütəxəssis bu barədə İspaniya televiziyasına danışıb: "Hazırda özümü çox yaxşı hiss edirəm. 3-4 gündü ki, xəstəliyin bütün simptomlarına qalib gəlmişəm. "Olimpiakos”un prezidentin xəstəliyə yoluxmasını eşidəndə məşqdən çıxmışdım, maşınla evə gedirdim. Klub rəhbərliyi mənə zəng vurdu, düzü, özümü o qədər də yaxşı hiss etmirdim. Vəziyyətin ciddiliyini anladım, heç kimlə görüşmədim. İnsanların həyatını riskə ata bilməzdim. Bu barədə klub rəhbərliyinə də söylədim. İndi xəstəliyə qalib gəldiyimi əminliklə deyə bilərəm”.

Xatırladaq ki, Mikel Artetanın koronavirusa yoluxmasıyla bağlı məlumat martın 12-də açıqlanmışdı.

Sport7.az
 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR