"Arsenal"ın futbolçusu qərarını verdi

İspaniyalı müdafiəçi Hektor Bellerin "Arsenal"dan ayrılmaq istəyir.

Sport7.az xəbər verir ki, 25 yaşlı futbolçu mövsümün sonunda "topçular”ı tərk edəcək. Bellerin mövsümün əvvəlində komandanı tərk etmək istəsə də, baş məşqçi Mikel Arteta onun gedişinə icazə verməmişdi. İspan mütəxəssis həmyerlisinin yayda komandadan ayrılmasına problem yaratmayacaq.

Bellerinlə PSJ və "Barselona" maraqlanır.

"Barselona"nın yetirməsi olan müdafiəçi 2012-ci ildən "Arsenal"da çıxış edir.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR