"Arsenal"ın prezidenti təqaüdə ayrıldı

London "Arsenal"ının prezidenti Çips Kesvik klubu tərk etməyə qərar verib.

Sport7.az xəbər verir ki, bu barədə "topçular"ın mətbuat xidməti məlumat yayıb.

Keçmiş klub rəhbəri yeddi il boyunca paytaxt komandasına rəhbərlik edib. Bu ilin fevralında onun 80 yaşı tamam olub. Bundan sonra "Arsenal"ın Direktorlar Şurası dörd nümayəndədən - Sten Kronkedən, Joş Kronkedən, Lord Harrisdən və Ken Frayardan ibarət olacaq.

İngiltərə Premyer Liqasının cari mövsümü iyunun 17-də bərpa olunacaq.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR