"Arsenal"ın qapıçısı: "Anlaya bilmirik ki, "Neftçi" ilə matçda nə baş verdi"

Rusiya "Arsenal"ının qapıçısı Mixail Levaşov Bakıda "Neftçi"yə 0:3 hesabı ilə uduzduqları UEFA Avropa Liqasının II təsnifat mərhələsinin cavab görüşünü şərh edib.  

Sport7.az xəbər verir ki, 28 yaşlı qolkiper mübarizəni erkən dayandırmalarının avrokubok təcrübəsizliyi ilə əlaqədar olmadığını bildirib. Levaşov ilk yarıda çox yaxşı oynayaraq, təhlükəli vəziyyətlər yaratdıqlarını iddia edib. O, "Neftçi" ilə görüşün digər qarşılaşmalar kimi keçdiyini vurğulayıb: "Avrokuboklara vəsiqə bütün tulalılar kimi, bizim üçün də əlamətdar hadisə idi. Biz də çalışıb-vuruşduq. Demək olmaz ki, Avropada təcrübəmiz çatmadı. Belə fikirlərə qatılmıram. Hələ də anlaya bilmirik ki, nə baş verdi. Premyer Liqada vacib qarşılaşmalarımız irəlidədir. Bu məğlubiyyəti unutmağa çalışacağıq". 

Qeyd edək ki, "Neftçi" Tuladakı ilk matçda 1:0 hesabı ilə qalib gəlib. Nəticədə "Arsenal" mübarizəni dayandırıb. Avropa Liqasının III təsnifat mərhələsində "ağ-qaralar"ın rəqibi İsrail "Bney Yehuda"sı olacaq. İlk oyun avqustun 8-də Bakıda, cavab görüşü avqustun 15-də Təl-Əvivdə keçiriləcək. (Report.az)
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR