Aslan Kərimov:

Aslan Kərimov: "Qarabağ" 2-ci nömrə kimi oynamaq məcburiyyətindədi"

Veteran futbolçu Aslan Kərimov "Qarabağ"ın bu gün "Sevilya" ilə keçirəcəyi matçla bağlı fikirlərini bildirib.

Sport7.az-a açıqlamasında Kərimov sabiq komandasının ispanlar qarşısındakı şanslarını dəyərləndirib: "Bu mövsüm ərzində "Qarabağ"ın rastlaşdığı ən çətin oyunlardan biri olacaq. Bəzi nüanslar var ki, məsələn "Sevilya"nın "Real"la qarşılaşması, uzun yol qət etməsi hardasa "Qarabağ"ın lehinə işləyə bilər. Düzdü baxmayaraq ki, bu xırda nüanslardı, böyük klublara o qədər də təsir göstərmir. Bundan başqa nəyin bahasına olursa, olsun "Sevilya" qrupun ən favorit komandasıdı. Adına görə yəqin hamı razılaşar ki, birinci yer "Sevilya"nındı. Ola bilsin ki, Bakıdakı oyunda ispanlar tam heyətlə oynamayacaq. Ancaq "Sevilya"nın istənilən heyəti "Qarabağ" üçün çətin rəqibdi. Taktika baxımından nəzər yetirsək, ola bilsin "Qarabağ" ikinci nömrə kimi çıxış etsin. Belədə daha çox şansları olacaq. İstər Zubir, istər Romero, istər Mahir olsun fərqi yoxdu. Yəqin ki, cinahlarda bunlardan hansısa oynayacaq. Bu fubolçular sürət baxımından rəqiblərini üstələyə bilərlər. Kifayət qədər sürətləri var. Bu şəkildə qolumuzu vura bilərik. Əslində ən yaxşı halda heç-heçə etmək şanslarımız var. "Qarabağ" nə vaxtsa topu özündə saxlamaq məcburiyyətində qalmalıdı. Sözsüz ki, komanda müdafiədən oynamağa öyrəşməyib. Ancaq bu oyunda 2-ci nömrə kimi oynamaq məcburiyyətindədi. Düşünmürəm ki, "Sevilya" tam olaraq arxada oturacaq. Ən azı daxili çempionatda, yaxud indiyəqədərki rəqibləri "Qarabağ"a qarşı 2-ci nömrə ilə oynayırdı. Yalnız APOEL ÇL-də əks-hücumlar zamanı qol vurdu. "Sevilya" isə onlar kimi oynamayacaq. Oynasa, mənim üçün sürpriz olar. Çünki heyətlərindəki oyunçular kifayət qədər yüksək texnikaya malikdilər. Düzdü ehtiyatlı başlayacaqlar. Amma "açlmayacaqlar" deyə bilmərik. Məncə daha açıq futbol nümayiş etdirəcəklər ki, bu da "Qarabağ" üçün mühüm avantaj kəsb edəcək. Açıq futbol oynayan komandaya qarşı sürətli futbolçularından istifadə edə bilərsən. Heç-heçə şansımız var. Əlbəttə, qalib gəlmək olar, futbolda belə şeylər mümkündü. Faiz baxımından götürəsi olsaq. heç-heçə edə bilərik".

Səbuhi Nərimanoğlu

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR