Assosasiya prezidenti insult keçirdi

Assosasiya prezidenti insult keçirdi

Avropa Atletika Assosiasiyasının prezidenti Sven-Arne Hansen xəstəxanaya yerləşdirilib.

Sport7.az xəbər verir ki, bu haqda qurumun rəsmi saytında məlumat yer alıb. 76 yaşlı funksioner evində insult keçirib və hazırda reanimasyadadır. Hansenin ən azı bir həftə xəstəxanada olacağı, bundan sonra reabilitasiya kursu keçəcəyi bildirilir. Assosiasiya rəhbəri koronavirus testindən də keçib.

Növbəti həftənin əvvəlində Avropa Atletika Assosiasiyasının nümayəndələri Hansenin olmadığı müddətdə öhdəlikləri bölüşdürmək üçün video-konfrans keçirəcəklər.

Sven-Arne Hansen 2015-ci ildən Avropa Atletika Assosiasiyasının prezidentidir. O, 2003 - 2015-ci illərdə Norveç Atletika Assosiasiyasına rəhbərlik edib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR