ASTB-nin yeni rəhbərliyi müəyənləşdi

ASTB-nin yeni rəhbərliyi müəyənləşdi

Sentyabrın 16-da Covid-19 Pandemiya şəraiti ilə əlaqədar olaraq Avropa Stolüstü Tennis Birliyinin (ASTB) konqresi keçirildi.
 
Sport7.az xəbər verir ki, ilk dəfə keçirilən onlayn iclasda Azərbaycan Tennis Federasiyası da təmsil olunub.
 
İclasda Avropa Stolüstü Tennis Federasiyalarına online səsvermə yolu ilə prezident seçkiləri keçirildi. Səs çoxluğu ilə rusiyalı namizəd İqor Levitin 4 il müddətinə ASTB-nin yeni prezidenti seçildi. Levitin öz çıxışında ASTB ailəsinə öz təşəkkürünü bildirdi və idmanın bu növünün inkişafı və dünya arenasında Avropanın səsinin gücləndirilməsi üçün əlindən gələni edəcəyini bildirdi.
 
Konqresdə eyni zamanda online səsvermə yolu ilə ASTB –nin yeni vitse -prezidentləri də seçildi. Birinci vitse-prezident portuqaliyalı Pedro Moura olub.
 
• Sandra Deaton (İNG) – Maliyyə üzrə vitse-prezident
• Heike Ahlert (ALM) – Vitse-prezident
• Vladimir Samsonov (BEL) – Vitse-prezident
• Sonja Grefberg (FIN) – Vitse-prezident
• Ina Jozepsone (LAT) – Vitse-prezident
• Miguel Vicens (FRA) – Vitse-prezident
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR