"Aston Villa"nın kapitanı karantin qaydalarını pozdu, qəza törətdi və...

"Aston Villa"nın futbolçusu Cek Qraliş karantin qaydalarını pozub.
 
Sport7.az xəbər verir ki, futbolçu sonradan bu hərəkətinə görə üzr istəyib. Pərəstişkarlarına "evdə qalın" deyə çağırış edən kapitan Birmingem yaxınlığındakı Solihallda öz maşını ilə parkinq halında olan iki avtomobili vuraraq qəza törədib. Olayın üzə çıxması ilə futbolçu tənqidlərə məruz qalıb.
 
Hadisədən sonra sosial media hesabından açıqlama verən futbolçu üzr istəyib: "Evdə qapalı qaldığımız zamanda bir dostumun dəvətinə müsbət cavab verməklə axmaqlıq etdim. Heç kimin mənim etdiyim bu hərəkətə yol verməməsini istəyirəm. Ümidvaram ki, üzrümü qəbul edərsiz".
 
Məsələ ilə bağlı klub tərəfindən verilən açıqlamada futbolçuya xəbərdarlıq edərək onun Birmingem yaxınlığındakı xəstəxanaya ianə etməsinə qərar verib. Klub futbolçu ilə bağlı, "Oyunçularımızdan birinin belə hadisəyə qarışması səbəbindən üzgünük. Kapitanımız Cek Qraliş də etdiklərinin yanlış olduğunu anladı" şəklində açıqlama verib. 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR