"Atletiko"da növbəti ayrılıq

"Atletiko"nun müdafiəçisi Xuanfran yayda komandadan ayrılacaq.

34 yaşlı futbolçu rəhbərliyi yeni müqavilə imzalamaq niyyətində olmadığı barədə məlumatlandırıb.

Xuanfran 2011-ci ildə "Osasuna"dan transfer edilmişdi. Cari mövsümdə La Liqada 21 matçda meydana çıxan ispaniyalının aktivində 1 məhsuldar ötürmə var.

Qeyd edək ki, daha əvvəl Dieqo Qodin "Atletiko"nu tərk edəcəyini açıqlamışdı. Həmçinin komandanın digər müdafiəçisi Lukas Ernandes karyerasını "Bavariya"da davam etdirəcək.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR