"Atletiko"dan növbəti transfer (FOTO)

"Atletiko" "Tottenhem"in cinah müdafiəçisi Kiran Trippyerin transferini açıqlayıb.

Klub saytının məlumatına görə, Trippyerlə 3 illik müqavilə imzalanıb. 28 yaşlı oyunçu son 95 il ərzində "Atletiko" formasını geyəcək ilk ingilisdi.

Düşərgəyə yollanan Trippyer artıq komanda ilə birlikdə ilk məşqinə çıxıb.

Ötən mövsüm 38 matçda meydana çıxan K. Trippyerin aktivində 1 qol var.
 



Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR