"Atletiko"nun istədiyi braziliyalı futbolçunun adı məlum oldu

"Atletiko" heyətini yeni futbolçu ilə gücləndirmək niyyətindədi.

Sport7.az xəbər verir ki, Madrid təmsilçisi braziliyalı hücumçu Markos Paulonun keçidini həll etməyə yaxındır. Vətənində "Fluminense”nin şərəfini qoruyan 19 yaşlı forvard yayda azad agent statusu alacaq. La Liqa təmsilçisi də onu pulsuz əldə etmək niyyətindədir.

Paulonun Portuqaliya vətəndaşlığına malik olması da "Atletiko” rəhbərliyinin ürəyincədir. Çünki cənubi amerikalı Avropa İttifaqının vətəndaşı kimi legioner sayılmayacaq.

Markos Portuqaliyanın U-21 yığmasında 4 oyunda 1 qol vurub.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR