Atletimiz beynəlxalq yarışda ən güclü oldu

Atletimiz beynəlxalq yarışda ən güclü oldu

2-5 noyabr tarixlərində Belarusun Qrodno şəhərində ikiqat Olimpiya çempionu Aleksandr Kurloviçin xatirəsinə həsr olunmuş ağır atletika üzrə nüfuzlu beynəlxalq "Alexander Cup” turniri keçiriləcək.
 
Sport7.az xəbər verir ki, Tokio Olimpiya Oyunlarına gümüş səviyyəli lisenziya xarakterli olan bu yarışda 18 ölkədən 80 atlet medallar uğrunda mübarizəyə qoşulacaq. Onların arasında Azərbaycan yığma komandasının üzvləri də var.

Ölkəmizi qadınlarda Boyanka Kostova, kişilərdə isə Nailxan Nəbiyev təmsil edir.

Artıq ilk yarış gününə start verilib. Boyanka Kostova 59 kq çəki dərəcəsində qüvvəsini sınayıb. Atletimiz toplam 215 kq (95+120) nəticə ilə bütün rəqiblərini qabaqlayıb və turnirin qalibi adını qazanıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR