Atletimiz İsraildə 6-cı oldu

Atletimiz İsraildə 6-cı oldu

7-14 dekabr tarixlərində İsrailin Eylat şəhərində keçiriləcək 15 və 17 yaşa qədər yeniyetmələr arasında ağır atletika üzrə Avropa birinciliyinə start verilib.
 
Sport7.az xəbər verir ki, yarışda 37 ölkədən 498 idmançı (228 qız və 270 oğlan) iştirak edir. Onların arasında Azərbaycan yığmasının üzvləri də var.

Oğlanlardan körpücük üzərinə ilk olaraq yaşı 15-ə qədər olan atletlərdə Kənan Rəhimov çıxıb. O, 49 kq çəki dərəcəsində qüvvəsini sınayıb. Atletimiz toplam 168 kq (70+98) nəticə ilə 6-cı yeri tutub.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR