Atletimiz Türkiyədə 5-ci oldu

Atletimiz Türkiyədə 5-ci oldu

Noyabrın 14-17-si tarixlərində Türkiyənin Qaziantep şəhərində keçirilən ağır atletika üzrə üçqat Olimpiya çempionu Naim Süleymanoğlunun xatirəsinə həsr olunmuş beynəlxalq turnir davam edir.
 
Sport7.az xəbər verir ki, 2020-ci il Tokio Olimpiya Oyunların gümüş səviyyəli lisenziya xarakterli olan bu yarışda 20-dən çox ölkədən 80-ə yaxın atlet çıxış edir. Onların arasında Azərbaycan yığmasının üzvləri də var. 

İdmançılarımızdan Füqan Əliyev də qüvvəsini sınayıb. O, kişilərdə 81 kq çəki dərəcəsində yarışıb. Gənc atletimiz toplam 291 kq (131+160) nəticə ilə bu çəkidə 5-ci yeri tutub.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR