ATP-nin reytinqi: Medvedyev dördüncüdü, Del Potro 55 sıra geriləyib

ATP-nin reytinqi: Medvedyev dördüncüdü, Del Potro 55 sıra geriləyib

ATP-nin yenilənmiş reytinq cədvəli açıqlanıb.

"US Open"in nəticələrinə əsasən, finalçı Daniil Medvedyev Dominik Timlə yerini dəyişərək dördüncü sıraya yüksəlib. Çempion Rafael Nadal ikinci pillədəki mövqeyini qoruyub. Sadəcə, Novak Cokoviç titulunu müdafiə edə bilmədiyindən, onlar arasındakı xal fərqi 640-a enib.

Yarımfinalçılar - Matteo Berrettini və Qriqor Dimitrov müvafiq olaraq 12 və 53 pillə irəliləyiblər. İtaliyalı tennisçi top-15-də debüt edib, isveçrəli raketka ustası isə top-25-ə qayıdıb. Ötən il "US Open"də final oynayan Xuan Martin del Potro nəticəsini təkrarlamadığı üçün 55 sıra itirib və hazırda 71-cidi.


ATP-nin reytinq cədvəli

1 (1). Novak Cokoviç (Serbiya) - 9865 xal
2 (2). Rafael Nadal (İspaniya) - 9225
3 (3). Rocer Federer  (İsveçrə) - 7130
4 (5). Daniil Medvedyev (Rusiya) - 5235
5 (4). Dominik Tim (Avstriya) - 4575
6 (6). Aleksandr Zverev (Almaniya) - 4095
7 (8). Stefanos Tsitsipas (Yunanıstan) - 3420
8 (7). Kei Nisikori (Yaponiya) - 3375
9 (9). Karen Xaçanov (Rusiya) - 2810
10 (10). Roberto Bautista-Aqut (İspaniya) - 2575
---
13 (25). Matteo Berrettini (İtaliya) - 2245
16 (21). Dieqo Şvartsman (Argentina) - 1995
19 (24). Sten Vavrinka (İsveçrə) - 1805
25 (78). Qriqor Dimitrov (Bolqarıstan) - 1432
31 (38). Aleks de Minaur (Avstraliya) - 1360
38 (43). Andrey Rublyov (Rusiya) - 1236
71 (16). Xuan Martin del Potro (Argentina) - 850
86 (118). Dominik Kepfer (Almaniya) - 634
95 (60). Con Millman (Avstraliya) - 586
107 (85). Bernard Tomiç (Avstraliya) - 537

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR