Aubameyanq

Aubameyanq "Arsenal"ın tarixinə düşdü

"Arsenal"ın 31 yaşlı hücumçusu Pyer-Emerik Aubameyanq klubun tarixinə düşüb.
 
Sport7.az xəbər verir ki, "Norviç"lə qarşılaşmada dubla imza atan qabonlu futbolçu "topçular"ın heyətində 51-ci qolunu vurub. Ancaq o, bunu daha sürətli şəkildə gerçəkləşdirib. Meydana çıxdığı 79 qarşılaşmada Tyeri Anri və İon Raytı bu göstəricidə geridə qoyub. 
 
Anri 50 qol həddinə 83, Rayt isə 101 matçdan sonra çatmağı bacarmışdı. Premyer Liqa tarixində isə rekord Endi Koula məxsusdu. O 50 qolu cəmi 65 oyunda vurmağı bacarmışdı. 
 
Aubameyanq bu mövsüm 19-u Premyer Liqada olmaqla ümumilikdə 22 qola imza atıb. 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR