Australian Open: Nadal, Vavrinka, Zverev və Tim 1/4 finalda

Australian Open: Nadal, Vavrinka, Zverev və Tim 1/4 finalda

"Australian Open"də 1/8 final mərhələsinə yekun vurulub.

Kişilərin mübarizəsində dünya "bir nömrə"si Rafael Nadal korta çıxıb. İspan raketka ustası Nik Kiriosu 3:1 hesabı ilə məğlub edib. Sten Vavrinka 5 set davam edən matçda Daniil Medvedyevə qalib gəlib. Aleksandr Zverev Andrey Rublyovu, Dominik Tim isə Qael Monfisi mübarizədən kənarlaşdırıb.


Australian Open (Böyük dəbilqə)

Melburn, Avstraliya

Kişilər

1/8 final

Sten Vavrinka (İsveçrə) - Daniil Medvedyev (Rusiya) - 3:2 (6:2, 2:6, 4:6, 7:6, 6:2)

Aleksandr Zverev (Almaniya) - Andrey Rublyov (Rusiya) - 3:0 (6:4, 6:4, 6:4)

Dominik Tim (Avstriya) - Qael Monfis (Fransa) - 3:0 (6:2, 6:4, 6:4)

Rafael Nadal (İspaniya) - Nik Kirios (Avstraliya) - 3:1 (6:3, 3:6, 7:6, 7:6)


Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR