Avro-2020-nin rəsmi topu təqdim olundu (FOTOLAR)

Avro-2020-nin rəsmi topu təqdim olundu (FOTOLAR)

"Adidas" 2020-ci ildə keçiriləcək Avropa çempionatının rəsmi topu - "Uniforia"nı təqdim edib.

Top adlandırılarkən "unity" (birlik) və "euphoria" (eyforiya) sözlərindən istifadə olunub. "Uniforia"nın dizaynı turnir boyunca futbolsevərləri müşayiət edəcək "müxtəlif mədəniyyətlərin kəsişməsi", "sərhədlərin aradan qalxması" və "müxtəliflilik" kimi anlayışları özündə ehtiva edir. 2018-ci ildə startı verilən dizayn prosesinin başlanğıc nöqtəsi məhz sözügedən elementlərdi.

"Adidas"ın məhsul dizayneri Anika-Mari Kennoq: "Rəsmi topların dizaynı zamanı həmişə mədəniyyəti əks etdirməyə çalışırıq. Məhsulu stadionda qürurla təqdim etmək üçün ilk növbədə küçələrin ruhunu mənimsəyə cəhd göstəririk. Birlik olmaq ehtiyacı və dəyişmək üçün birləşmək - turnirin keçiriləcəyi şəhərlərin hamısında bu amil diqqətimizi çəkdi. Avro-2020 ən önəmli idman turnirlərindən biri kimi, dünyaya birliyin gücünü nümayiş etdirmək, idmanın insanlar, ideyalar və yaradıcılıq arasında birləşdirici qüvvə olduğunu göstərmək üçün əla fürsətdi".
 
"Adidas"ın brend-marketinq üzrə vitse-prezidenti Florian Alt əlavə edib: "Kim olduğunuzun, haradan gəldiyinizin, harada oynadığınızın heç bir önəmi yoxdu, futbol hamı üçündü. "Uniforia" sadəcə simvol ola bilər. Amma "Uniforia" həm də ətrafında hamımızın birləşəcəyi və birləşməli olduğu simvoldu".

Avro-2020-nin oyunları Bakı, Amsterdam, Bilbao, Buxarest, Budapeşt, Kopenhagen, Dublin, Qlazqo, London, Münhen, Roma və Sankt-Peterburq şəhərlərində keçiriləcək. Qitə çempionatına iyunun 12-də Romada start veriləcək. Bir ay davam edəcək turnirin final matçına isə Londonda yerləşən "Uembli" stadionu ev sahibliyi edəcək.
 






Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR