AVRO-2021: Millimiz Gürcüstana uduzdu - YENİLƏNDİ

AVRO-2021: Millimiz Gürcüstana uduzdu - YENİLƏNDİ

Bu gün 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi AVRO-2021-in seçmə mərhələsində növbəti oyununu keçirib.
 
Sport7.az xəbər verir ki, Milan Obradoviçin yetirmələri gürcü həmyaşıdları ilə üz-üzə gəlib. 
 
"Dalğa Arena"da keçirilən görüşün kapitan Hacıağa Hacılının qırmızı vərəqə ilə meydandan qovulmasından, yəni 49-cu dəqiqədən etibarən azlıqda qalan millimiz Gürcüstana 0:3 hesabı ilə məğlub olub.

Qeyd edək ki, yığmamız qrupdakı ilk matçında Lixtenşteynə minimal hesabla uduzsa da, ikinci qarşılaşmasında Slovakiyanı məğlub edib - 2:1. Gürcüstan isə seçmə mərhələdə bir oyun keçirib və həmin qarşılaşmada Lixtenşteyni 4 cavabsız qolla üstələyib. 

AVRO-2021 seçmə mərhələ

Azərbaycan U-21 - Gürcüstan U-21 0:3
(Vato Arvelatze, 45+3, İrakli Buqridze, 73, Georgi Arabidze, 84) 

Azərbaycan: 12. Kamran İbrahimov, 2. Amin Seydiyev, 3. Turan Manafov, 4. Hüseyn Seyliğli, 5. Nihad Tamazov, 6. Hacıağa Hacıyev (k), 10. İsmayıl İbrahimli, 11. Şakir Seyidov, 16. Doğukan Öksüz, 17. Fərid Nəbiyev, 21. Barış Ekincier.
Ehtiyat oyunçular: 1. Şahin Zəkiyev, 7. Nicat Süleymanov, 8. Rafael Məhərrəmli, 9. Rövlan Muradov, 13. Murad Qayalı, 14. Elvin Cəfərquliyev, 15. Ege Atlam, 19. Tural Bayramlı, 23. Musa Qurbanlı.
Baş məşqçi: Milan Obradoviç.

Gürcüstan: 12. Luka Quqeşaşvili, 2. Nikolos Mali, 3. İlia Beriaşvili, 4. Luka Loxoşvili, 5. Davit Kobouri, 7. Georgi Arabidze (k), 8. Georgi Kutsia, 9. Nika Ninua, 11. Vato Arveladze, 14. Beka Kavtaradze, 18. Luka Silaqadze.
Ehtiyat oyunçular: 1. Georgi Mamardaşvili, 10. Georgi Koxreidze, 13. Nuqzar Spanderaşvili, 15. Aleksandr Andronikaşvili, 16. Laşa Uqrexelidze, 17. Paata Kiteişvili, 20. İrakli Buqridze, 21. Luka Lakvexeliani, 22. Revaz İnjgia.
Baş məşqçi: Georgi Tsetsazde.

Hakimlər: Laurent Kopriva, Klod Ris, David Mateus Santos, Aleks Kryureq (Lüksemburq)
"Dalğa Arena" 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR