Avrokubok oyunları sükutla başlayacaq

Avrokubok oyunları sükutla başlayacaq

Sabah bərpa olunacaq futbol üzrə avokubokların bütün oyunları bir dəqiqəlik sükutla başlayacaq.

Sport7.az xəbər verir ki, bu barədə UEFA qərar verib. Çempionlar Liqası və Avropa Liqasının oyunlarından öncə koronavirus pandemiyasının qurbanlarının xatirəsi yad olunacaq. Həmçinin, bütün oyunçuların futbolkalarında "Təşəkkür edirəm” ifadəsi yazılacaq. Bu, futbolçuların seçdiyi dildə əks olunacaq. Belə addım çətin dövrdə futbolun qayıtması üçün çalışan təşkilatçıların xidmətlərinə ehtiram əlaməti olacaq.

Avropa Liqası avqustun 5-də, Çempionlar Liqası isə 2 gün sonra 1/8 finalın baş tutmayan oyunları ilə bərpa olunacaq.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR