Avroliqa çempionu məşqçisi ilə müqavilə yenilədi (FOTO)

Avroliqa çempionu məşqçisi ilə müqavilə yenilədi (FOTO)

ÇSKA baş məşqçi Dimitris İtudislə müqavilə yeniləyib.

Yunan mütəxəssisin sazişi 2020-21 mövsümünün sonuna kimi uzadılıb.

İtudis 2014-cü ildən bəri "ordu klubu"nu çalışdırır. Bu müddət ərzində ÇSKA iki dəfə (2016, 2019) Avroliqanın, dörd dəfə (2015, 2016, 2017, 2018) isə VTB Liqasının qalibi olub. İtudis 2016-cı ildə Avroliqada mövsümün ən yaxşı məşqçisi seçilib. Həmçinin o, VTB Liqasında üç dəfə "ilin məşqçisi" mükafatına layiq görülüb.

İtudisin rəhbərliyi altında 339 rəsmi matç keçirən ÇSKA bunların 290-dan (85,5%) qalib ayrılıb.
 


Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR