Kişi basketbolçuların Avroliqa turnirində müntəzəm çempionatın 8-ci turuna yekun vurulub.
Növbəti oyun gününün mərkəzi matçında TSSKA "Fənərbağça"nı çətinlik çəkmədən məğlub edib. "Olimpiakos" "Jalqiris"ə, "Valensiya" "Bavariya"ya qalib gəlib. "Villörban" isə səfərdə "Srvena Zvezda"dan güclü olub.
Avroliqa
Müntəzəm çempionat
8-ci tur
TSSKA (Rusiya) - "Fənərbağça" - 88:70
"Srvena Zvezda" (Serbiya) - "Villörban" (Fransa) - 72:74 (overtaym)
"Olimpiakos" (Yunanıstan) - "Jalqiris" (Litva) - 83:74
"Valensiya" (İspaniya) - "Bavariya" (Almaniya) - 82:56
Tunir cədvəli: 1. "Makkabi" (6-2), 2. TSSKA (6-2), 3. "Barselona" (6-2), 4. "Ximki" (6-2), 5. "Anadolu Efes" (6-2), 6. "Milan" (6-2), 7. "Real" (5-3), 8. "Villörban" (5-3).
Sport7.az