Bu gün UEFA Avropa Liqasında 1/4 final mərhələsinin ilk oyunları keçiriləcək.
Sport7.az xəbər verir ki, 4 qarşılaşmanın hamısı eyni saatda başlayacaq. "Mançester Yunayted" İspaniyada "Qranada"nın qonağı olacaq. Digər ingilis klubu "Arsenal" isə Londonda Çexiya "Slaviya"sını qəbul edəcək. Digər qarşılşamlarda "Ayaks" Niderlandda "Roma", "Vilyarreal" Xorvatiyada Zaqreb "Dinamo"su ilə oynayacaq.
Avropa Liqası, 1/4 final, ilk oyunlar
23:00. "Qranada" (İspaniya) - "Mançester Yunayted" (İngiltərə)
23:00. "Arsenal" (İngiltərə) - "Slaviya" Praqa (Çexiya)
23:00. "Ayaks" (Niderland) - "Roma" (İtaliya)
23:00. "Dinamo" (Zaqreb, Xorvatiya) - "Vilyarreal" (İspaniya)
Bu mərhələnin cavab qarşılaşmaları aprelin 15-də keçiriləcək.
Sport7.az