Avroliqa matçıöncəsi daha iki yoluxma - Belçika klubunda

Avroliqa matçıöncəsi daha iki yoluxma - Belçika klubunda

Belçika klubu "Brügge"nin daha iki futbolçusu koronavirusa yoluxub.

Sport7.az xəbər verir ki, qapıçı Simon Minyole və yarımmüdafiəçi Şarl de Ketelerenin testi müsbət çıxıb.

Hər iki oyunçu Ukraynanın "Dinamo" (Kiyev) komandasına qarşı Avropa Liqasının cavab matçını buraxacaq. Baş məşqçi Filipp Kleman, oyunçular Stefano Densvil, Matey Mitroviç və Hans Vanaken eyni səbəbdən ilk oyunda iştirak etməyib.

Kiyevdəki ilk qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Fevralın 25-də keçiriləcək cavab oyunu Bakı vaxtı ilə 24:00-da başlayacaq.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR