Avroliqa:

Avroliqa: "Real" "Fənərbağça"nı məğlub etdi, "Bavariya" "Milan"a qalib gəldi

Kişi basketbolçuların Avroliqa turnirində yeni mövsümə start verilib.

İlk oyun günündə 4 görüş keçirilib. Günün mərkəzi matçında "Real" "Fənərbağça"nı məğlub edib. Ceffri Teylor 19 xalla komandasının qələbəsində əsas pay sahibi olub. "Fənərbağça"nın heyətində Nando De Kolonun 22 xalı yetərli olmayıb.
 
"Bavariya" çətinlik çəkmədən "Milan"ı üstələyib. "Ximki" "Makkabi"dən, "Panatinaikos" isə "Srvena Zvezda"dan güclü olub.


Avroliqa

Müntəzəm çempionat

1-ci tur

"Ximki" (Rusiya) - "Makkabi" (İsrail) - 89:83

"Panatinaikos" (Yunanıstan) - "Srvena Zvezda" (Serbiya) - 87:82

"Bavariya" (Almaniya) - "Milan" (İtaliya) - 78:64

"Real" (İspaniya) - "Fənərbağça" (Türkiyə) - 81:77


Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR