Avroliqada 1/4 finalda görüşəcək cütlüklər müəyyənləşib

Avroliqada 1/4 finalda görüşəcək cütlüklər müəyyənləşib

Avroliqada 1/4 finalda qarşılaşacaq cütlüklər müəyyənləşib. 

Sport7.az xəbər verir ki, dünən keçirilən görüşlərdən sonra 1/4 finala yüksəlmiş son 4 komandanın da adına aydınlıq gəlib. Bunlar "Vulverhempton", "Sevilya", "Bazel" və "Bayer" olub. 

1/4 finalda aşağıdakı cütlüklər görüşəcəklər:

"Vulverhempton" (İngiltərə) - "Sevilya" (İspaniya)
"Şaxtyor" (Ukrayna) - "Bazel" (İsveçrə)
"İnter" (İtaliya) - "Bayer" (Almaniya)
"Mançester Yunayted" (İngiltərə) - "Kopenhagen" (Danimarka)

Oyunlar 10-11 avqustda Almaniyanın 4 müxtəlif şəhərində təşkil olunacaq.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR