Avroliqada 1/8 final mərhələsinə yekun vuruldu

Avroliqada 1/8 final mərhələsinə yekun vuruldu

Avropa Liqasında 1/8 final mərhələsi başa çatıb.

Sport7.az xəbər verir ki, koronavirus pandemiyası ilə bağlı fasilədən sonrakı ikinci oyun günündə 4 matç keçirilib.
 
Millimizin hücumçusu Renat Dadaşovun komandası İngiltərə "Vulverhempton"u Yunanıstan təmsilçisi "Olimpiakos"u qəbul edib. Bu matçda "Vulverhempton" penaltidən vurulan qolla qələbə qazanaraq növbəti mərhələyə adlayıb.

Gecənin digər görüşlərində "Bayer" "Reyncers"lə, "Sevilya" "Roma" ilə, "Bazel" isə "Ayntraxt"la qarşılaşıb.  "Bayer"lə "Bazel" minimalhesablı qələbəyə sevinib. "Sevilya" isə italyanların qapısından 2 cavabsız top keçirib. Nəticədə hər üç komanda 1/4 final mərhələsinə adlayıb.

Turun ilk oyun günündə "Şaxtyor", "Kopenhagen", "İnter" və "Mançester Yunayted" 1/4 finala vəsiqə qazanmışdı.

Avropa Liqası
1/8 final mərhələsi, cavab oyunları

6 avqust

20:55. "Bayer" (Almaniya) - "Reyncers" (Şotlandiya) 1:0
(Diabi, 51)
İlk oyun - 3:1

20:55. "Sevilya" (İspaniya) - "Roma" (İtaliya) 2:0
(Requilon, 22, En Nesiri, 44)
İlk oyun keçirilməyib

23:00. "Bazel" (İsveçrə) - "Ayntraxt" (Frankfurt, Almaniya) 1:0
(Frey, 88)
İlk oyun - 3:0

23:00. "Vulverhempton" (İngiltərə) - "Olimpiakos" (Yunanıstan) 1:0
(Ximenes, 8-p.)
İlk oyun - 1:1
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR