Avroliqada 1/8 final mərhələsinin püşkü atılacaq

Avroliqada 1/8 final mərhələsinin püşkü atılacaq

Bu gün UEFA Avropa Liqasında 1/8 final mərhələsinin püşkü atılacaq.

Sport7.az xəbər verir ki, İsveçrənin Nyon şəhərindəki mərasim Bakı vaxtı ilə saat 16:00-da başlayacaq. Bu raundda komandalar səbətlərə bölünməyəcək və eyni ölkənin təmsilçiləri bir-birilərinə rəqib ola biləcəklər. Hər hansı məhdudiyyət püşkatmadan öncə elan olunacaq.

1/8 finalın ilk oyunları martın 11-də, cavab matçları isə bir həftə sonra keçiriləcək. Qarşılaşmalar Bakı vaxtı ilə saat 21:55 və 24:00-da start götürəcək.

Avropa Liqası

1/8 final mərhələsinin iştirakçıları

"Milan" (İtaliya)
"Ayaks" (Niderland)
"Arsenal" (İngiltərə)
"Dinamo" (Zaqreb, Xorvatiya)
"Dinamo" (Kiyev, Ukrayna)
"Qranada" (İspaniya)
"Mançester Yunayted" (İngiltərə)
"Molde" (Norveç)
"Olimpiakos" (Yunanıstan)
"Reyncers" (Şotlandiya)
"Roma" (İtaliya)
"Şaxtyor" (Donetsk, Ukrayna)
"Slaviya" (Praqa, Çexiya)
"Tottenhem" (İngiltərə)
"Vilyarreal" (İspaniya)
"Yanq Boyz" (İsveçrə)
 
1/4 final və yarımfinal mərhələsinin püşkü martın 19-da atılacaq.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR