Avroliqada 18 final mərhələsinin cütlükləri müəyyənləşdi

Avroliqada 18 final mərhələsinin cütlükləri müəyyənləşdi

UEFA Avropa Liqasında 1/8 final mərhələsinin püşkü atılıb.

Sport7.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən mərasimdə bu raundda üz-üzə gələcək cütlüklər bəlli olub.

Avropa Liqası, 1/8 final mərhələsinin cütlükləri

"Ayaks" (Niderland) - "Yanq Boyz" (İsveçrə)
"Dinamo" Kiyev (Ukrayna) - "Vilyarreal" (İspaniya)
"Roma" (İtaliya) - "Şaxtyor" Donetsk (Ukrayna)
"Olimpiakos" (Yunanıstan) - "Arsenal" (İngiltərə)
"Dinamo" Zaqreb (Xorvatiya) - "Tottenhem" (İngiltərə)
"Mançester Yunayted" (İngiltərə) - "Milan" (İtaliya)
"Slaviya" Praqa (Çexiya) - "Reyncers" (Şotlandiya)
"Qranada" (İspaniya) - "Molde" (Norveç)

Bu mərhələnin ilk oyunları martın 11-də, cavab görüşləri isə bir həftə sonra keçiriləcək. Qarşılaşmalar Bakı vaxtı ilə saat 21:55 və 24:00-da start götürəcək.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR