Avroliqada 2-ci turun ən yaxşısı - Vasilie Miçiç

Avroliqada 2-ci turun ən yaxşısı - Vasilie Miçiç

Kişi basketbolçuların Avroliqa turnirində müntəzəm çempionatın 2-ci turuna yekun vuruldu.
 
"Anadolu Efes"in point-qardı Vasilie Miçiç geridə qalan turun "ən dəyərli oyunçusu" (MVP) seçilib.

Serbiyalı basketbolçu İstanbul təmsilçisinin "Alba"nı 106:105 hesabı ilə məğlub etdiyi matçda 23 xal və 13 assistlə oynayıb. Miçiçin effektivliyi 32 balla qiymətləndirilib.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR