Avropa birinciliyində 3-cü bürünc (FOTOLAR)

Avropa birinciliyində 3-cü bürünc (FOTOLAR)

Taekvondo üzrə gənclər arasında Avropa birinciliyinə yekun vurulub.
 
Sport7.az xəbər verir ki, son yarış günü komandamızın daha bir üzvü fəxri kürsüdə yer alıb.

78 kq çəki dərəcəsində yarışa qatılan Taleh Süleymanov iran, rusiya və ukraynalı taekvondoçuya qalib gəlib. Yarımfinala adlayan Taleh digər rusiyalı idmançıya məğlub olaraq yarışı bürünc medalla başa vurub.

Beləliklə, gənclər komandamız Avropa birinciliyində üçüncü bürünc medalını qazanıb.
 
Əvvəlki yarış günündə digər idmançılarımızdan Səyyad Dadaşov (51 kq) və Cavab Ağayev (68 kq) bürünc medala sahib olub.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR