Millimiz Avropa çempionatına qələbə ilə başladı

Millimiz Avropa çempionatına qələbə ilə başladı

Qadın voleybolçuların sayca 31-ci Avropa çempionatına start verilib.

Türkiyə, Polşa, Slovakiya və Macarıstanın ev sahibliyi etdiyi turnirdə Azərbaycan millisi də iştirak edir. Voleybolçularımız Rumıniya, Hollandiya, Xorvatiya, Macarıstan və Estoniya ilə birlikdə C qrupunda mübarizə aparırlar. C qrupunun oyunları Macarıstanın paytaxtı Budapeştdə keçirilir.

Yığmamızın ilk rəqibi Xorvatiya olub. Tay-breykə gedən matçdan voleybolçularımız qalib ayrılıblar. Baş məşqçi Covanni Kapraranın dördüncü setin gedişində Marqarita Əzizova və Anastasiya Bezsonovaya şans verməsi Azərbaycan millisinin geridönüşündə həlledici rol oynayıb.
 
Yığmamızın heyətində Yelizaveta Səmədova görüşü 28 xalla tamamlayıb. 31 xalla oynayan xorvatiyalı voleybolçu - Samanta Fabris isə matçın ən məhsuldar ismi olub.


Avropa çempionatı

C qrupu

Budapeşt, Macarıstan

Xorvatiya - Azərbaycan - 2:3 (13:25, 25:20, 25:22, 24:26, 15:17)
 
Xorvatiya: Samanta Fabris (31 xal), Martina Samadan (17 xal), Beta Dumançiç (13 xal).
 
Azərbaycan: Yelizaveta Səmədova (28 xal), Alyona Həsənova (16 xal / 7 blok), Polina Rəhimova (13 xal).
 
 
Azərbaycan millisinin növbəti rəqibi Hollandiya olacaq. Oyun avqustun 25-də keçiriləcək.

Qeyd edək ki, qruplarında ilk dörd yeri tutan komandalar növbəti mərhələyə vəsiqə qazanacaqlar.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR