Avropa çempionatı Bakıda keçiriləcək - İcraiyyə Komitəsi təsdiqlədi

Avropa çempionatı Bakıda keçiriləcək - İcraiyyə Komitəsi təsdiqlədi

Avropa Karate Federasiyasının (EKF) İcraiyyə Komitəsi 2025-ci ildə Böyüklərin Avropa çempionatının Bakıda keçirələcəyini təsdiqləyib. 

Sport7.az xəbər verir ki, iyulun 13-də komitə üzvlərinin qatıldığı videokonfransda Yaşar Bəşirov da iştirak edib. İcraiyyə Komitəsi 2021/2025-ci illər təqvim planını bir daha nəzərdən keçirərək, qarşıdakı digər rəsmi yarışların tarixlərini təsdiqləyiblər.

EKF-in prezidenti Antonio Espinosun sədrliyi ilə keçiriən virtual toplantıda həmçinin Covid 19 pandemiyasının yaratdığı çətinliklər dövründə karatenin vəziyyəti müzakirə olunub, eləcə də həyat öz axarına düşdükdən sonra inkişaf strategiyasıba yenidən baxılacağı bildirilib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR