Avropa çempionatı keçirilməyəcək

Avropa çempionatı keçirilməyəcək

Bu il Estoniyanın Tartu şəhərində keçirilməsi planlaşdırılan triatlon üzrə Avropa çempionatı ləğv olunub.

Sport7.az xəbər verir ki, bu barədə Avropa Triatlon İttifaqının (ETU) rəsmi saytında məlumat yer alıb. Qurum koronavirus pandemiyası və onun səbəb olduğu səyahət məhdudiyyətlərinə görə bu addımı atıb.

Hazırda Ukraynada təlim-məşq toplanışında olan Azərbaycan millisinin də qitə birinciliyində iştirakı nəzərdə tutulurdu.

Avropa çempionatı 28 - 30 avqustda təşkil olunmalı idi.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR